Ramin Hacılı Ermənistanda "Bəy havası" oynadı
04 noyabr 2013 11:42 (UTC +04:00)

Ramin Hacılı Ermənistanda "Bəy havası" oynadı

Bu yaxınlarda Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı bir tədbir çərçivəsində  Ermənistanda səfərdə olub. 
 
Tədbir iştirakçılarına İrəvan restoranlarının birində verilən  ziyafətdə R. Hacılı ermənilərlə Azərbaycan milli rəqslərindən birini oynayıb. Onun bu rəqsinin  video görüntüləri youtube  kanalına da yerləşdirilib.
 
R. Hacılı lent.az-ln "Qadın klubu" layihəsinə müsahibəsində də bu haqda danışmışdı: “Çıxışım xətirlərinə dəymişdi. Axşam getdik bahalı bir restorana. İçki təklif elədilər, içməsəm yenə xətirlərinə dəyəcəkdi. Avropalılar da baxır... Təbii ki, o yaşda, o başda deyilik ki, o qədər içək ki, problem olsun. O arada da musiqilər gedir. Dedim ki, bu Azərbaycan musiqisidir. Onlar dedi yox, erməni musiqisidir. Dedim ki, gəlin oynayaq, mən yaxşı oynasam Azərbaycan musiqisidir, siz yaxşı oynasaz, erməni musiqisi və mən onların hamısından yaxşı oynadım. Çünki erməni qızları hamısı mənimlə oynamaq istəyirdi”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2616
avatar

Oxşar yazılar