Rafael Harpaz:”...vizasız gediş-gəliş yaradılmalıdır”
24 sentyabr 2013 13:22 (UTC +04:00)

Rafael Harpaz:”...vizasız gediş-gəliş yaradılmalıdır”

Səfir: “Vətəndaşlar üçün də vizasız gediş-gəlişin yaradılması lazımdır”


 

“Gələn ay Azərbaycan və İsrail arasında xidməti və diplomatik pasportlara malik şəxslər üçün viza rejiminin aradan qaldırılması gözlənilir”.

 

APA-nın xəbərinə görə, bunu İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz deyib. 

 

Səfir bildirib ki, viza rejiminin ləğvi ilkin olaraq diplomatik və servis pasportları olan insanlara şamil olunacaq: “Bu, iki ölkə arasında imzalanan müqavilənin ilkin hissəsi  olacaq. İnanırıq ki, gələcəkdə Azərbaycan vətəndaşlarının İsrailə vizasız getmələrinə şərait yaradılacaq. Əgər statistikaya baxsaq görərik ki, ildən-ilə Azərbaycandan İsrailə gedən, İsraildən Azərbaycana gələn turistlərin sayı artır. Bütün bunları düşünərək vətəndaşlar üçün də vizasız gediş-gəlişin yaradılması lazımdır”.

 

Rafael Harpaz onu da deyib ki, İsrail Azərbaycanla mədəniyyət, səhiyyə və digər sahələrdə də yaxından əməkdaşlıq edir: “Elə bu yaxınlarda 3 azərbaycanlı muğam ifaçısının İsraildə konserti olub. Oktyabrın sonlarında isə İsrailin məşhur caz ifaçısı Azərbaycanda  konsert verəcək”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1159
avatar

Oxşar yazılar