Azərbaycan prezidentliyinə namizəd, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev bu gün 16 saylı Yasamal II seçki dairəsinin 20 saylı məntəqəsində səs verib.
APA-nın xəbərinə görə, Q.Həsənquliyev seçki məntəqəsinə həyat yoldaşı ilə birlikdə gəlib.
O, jurnalistlərə açıqlamasında seçkilərin beynəlxalq standartlara uyğun keçirilməsinə ümid etdiyini bildirib: “Çox arzu edirəm bu seçkilər elə səviyyədə keçirilsin ki, seçkinin legitimliyini heç kim şübhə altına ala bilməsin. Ona görə ki, Azərbaycanın Qarabağ kimi problemi var və bizim ölkənin imici beynəlxalq aləmdə yüksək olmalıdır. Azərbaycanı dünyada demokratik ölkə kimi tanıtmalıyıq. Düşünürəm ki, iqtidar da Azərbaycan xalqı qarşısında öz məsuliyyətini başa düşür və çalışmalıdır ki, bu seçkilər beynəlxalq standartlara uyğun keçirilsin”.