Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev İlham Əliyevə zəng edib. Lent.az-ın məlumatına görə, prezidenti oktyabrın 9-da keçirilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində qalib gəlməsi münasibətilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıb.
Bu barədə BAXCP-nin Mətbuat Xidmətinə Qüdrət Həsənquliyev məlumat verib.
Xatırladaq ki, BAXCP sədri bu gün səhər NATO Parlament Assambleyasının payız sessiyasında iştirak etmək üçün Xorvatiyaya yola düşüb.