Qüdrət Həsənquliyev: “Bu layihəni Milli Məclisə mən təqdim etmişəm”
20 may 2013 20:29 (UTC +04:00)

Qüdrət Həsənquliyev: “Bu layihəni Milli Məclisə mən təqdim etmişəm”

““Azərbaycan Respublikasının işğal edilmiş əraziləri haqqında” qanun layihəsini Milli Məclisə mən təqdim etmişəm”. Bunu APA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.     

 

Millət vəkili bildirib ki, o, bu layihəni hələ 7 fevral 2011-ci ildə hazırlayaraq, Milli Məclisə təqdim edib: ““ Həmin vaxt bu layihə mediada dərc olunub və geniş rezonans doğurub. Sadəcə, son vaxtlar məsələ aktuallaşdığı üçün mən bu təklifi bir daha gündəmə gətirmişəm”.

 

Qeyd edək ki, qanun layihəsində torpaqlar işğaldan azad edilənə qədər təcavüzkar dövlətin istənilən sahəyə məxsus təşkilatı və qurumunun, həmçinin onların təmsilçiləri ilə əməkdaşlıq edən Azərbaycan vətəndaşının cinayət məsuliyyətinə cəlb olunması nəzərdə tutulub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 922
avatar

Oxşar yazılar