Qırğızıstan Sərhəd Qoşunlarının nümayəndə heyəti Bakıya səfər edəcək. APA-ya Qırğızıstanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, Qırğızıstan Dövlət Sərhəd Xidmətinin rəisi Kurmanakun Metenovun rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 9-da Bakıda keçiriləcək MDB dövlətlərin Sərhəd Qoşunları Şurasının iclasında iştirak edəcək. Nümayəndə heyətinə həmçinin beynəlxalq əməkdaşlıq idarənin rəisi Erik Apsatarov və həmin idarənin şöbə müdiri, ekspert Ulan Ajiyev daxildir.