Millət vəkili Qənirə Paşayeva YUNESKO Gender Bərabərliyi Departamentinin müdiri Saniye Gülser Corat ilə görüşüb. Lent. az-ın məlumatına görə, Azərbaycan ilə YUNESKO arasında yüksək səviyyəli əlaqələrin olduğunu deyən millət vəkili bu əməkdaşlığın getdikcə daha da genişlənməsinin önəmindən danışıb. O, Azərbaycan -YUNESKO əlaqələrinin Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xidmətləri sayəsində möhkəmlənməsindən söz açıb.
Saniye Gülser Corat Azərbaycan ilə YUNESKO arasında əlaqələrin yüsksək səviyyədə olduğunu vurğulayıb.
Görüşdə qadın haqlarının müdafiəsi, gender bərabərliyi, qızların təhsili, qadına qarşı zorakılıqla mübarizə istiqamətində görülən işlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi də aparılıb.