Qənirə Paşayeva Qırğızıstan parlamentinin vitse-spikeri ilə görüşüb
22 aprel 2013 18:24 (UTC +04:00)

Qənirə Paşayeva Qırğızıstan parlamentinin vitse-spikeri ilə görüşüb

0

Millət vəkili Qənirə Paşayeva Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası çərçivəsində Qırğızıstan parlamentinin vitse-spikeri Asiya Sasykbaeva və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Lent.az-ın verdiyi məlumata görə, Qənirə Paşayeva Azərbaycanın hər zaman dost, qardaş Qırğızıstanın inkişafında maraqlı olduğunu, ölkəmizin bütün istiqamətlərdə Qırğızıstanla əməkdaşlığın inkişafına önəm verdiyini söyləyib.

 

Qırğızıstan-Azərbaycan əlaqələrinin, hər iki qardaş-dost ölkənin parlamentləri və beynəlxalq təşkilatlarda parlament nümayəndə heyətləri arasında qarşılıqlı əməkdaşlıq münasibətlərindən danışan Qənirə Paşayeva bu əlaqələrin və əməkdaşlığın genişlənməsini vacib sayıb. Asiya Sasykbaeva Azərbaycan ilə Qırğızıstan arasında həm ikitərəfli, həm də parlament səviyyəsində əlaqələrin daha da genişləndirilməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcəklərini bildiriblər. Qırğızıstan nümayəndə heyətinin üzvləri Qənirə Paşayevanı Qırğızıstana dəvət ediblər. Millət vəkili Qənirə Paşayeva dəvəti məmnuniyyətlə qəbul edərək bildirib ki, o, mayın 8-də  Qırğızıstana səfər edəcək və orada bir sıra tədbirlərə qatılacaq. Qənirə Paşayeva səfər çərçivəsində Qırğızıstan parlamentində olmaqdan və həmkarları ilə görüşüb müzakirələr aparmaqdan böyük məmnuniyyət duyacağını  da bildirib.

 

Qənirə Paşayeva Qırğızıstan parlamentinin vitse-spikeri və onun rəhbərlik etdiyi nümayəndə heyətini ölkəmizə dəvət edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 615

Oxşar yazılar