Qənirə Paşayeva nədən danışdı?
30 aprel 2013 13:07 (UTC +04:00)

Qənirə Paşayeva nədən danışdı?

0

Milli Məclisin iclası davam edir.

 

Lent. az-ın verdiyi məlumata görə, millət vəkili Qənirə Paşayeva parlamentdə çıxışı zamanı 6 avroparlamentarinin Dağlıq Qarabağa qanunsuz səfər etməsinə sərt etiraz bildirib.

 

Qənirə Paşayeva deyib ki, Dağlıq Qarabağa qanunsuz səfər edən parlamentarilər nəinki öz əməllərindən peşman olurlar, hətta səfərlərindən sonra Avropa Şurası Parlament Assambleyasının tribunasından Azərbaycan Xarici İşlər Nazirliyinə ittiham dolu bəyanatlar səsləndirirlər: “Bir müddət öncə Fransadan olan bir parlamentari onun arzuedilməz şəxs elan olunması ilə bağlı Elmar Məmmədyarova narazılığını bildirmişdi. Biz bu məsələlərlə bağlı mövqeyimizi ortaya qoymaqdan çəkinməməliyik”.

 

Qənirə Paşayeva müvafiq dövlət qurumlarını veteranı Ruxsarə Cumayevanın müalicəsinə yardım etməyə çağırıb.

 

Hüquq syiasəti dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Azərbaycanın Avropa Parlamenti, AŞ PA-dakı deputatlarımız uğurlu qərarların qəbuluna da nail olublar: “Həm də qaçqın və məcburi köçkünlərin Avropa Məhkəməsinə müraciətləri də var. Biz işimizi gücləndirməliyik. Təbii ki, Avropa Parlamenti bu səfəri deputatların öz mövqeyi adlandıracaq. Biz həmin deputatların mənsub olduğu partiyalarla işi artırmalıyıq. Digər tərəfdən, Avropada siyasi korrupsiya və qanunsuz syiasi lobbiçilik geniş yayılır”.

 

Spiker Oqtay Əsədov dünyada yazıq erməni obrazının yaradıldığını qeyd edib: “Bütün bunların da səbəbi budur”.  

 

Daha sonra gündəlikdəki digər məsələlər müzakirə edilib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 993

Oxşar yazılar