Qənirə Paşayeva Bdzina İvanişvili ilə görüşdü
24 aprel 2013 14:29 (UTC +04:00)

Qənirə Paşayeva Bdzina İvanişvili ilə görüşdü

0

 

Millət vəkili, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq qrupunun sədri Qənirə Paşayeva Strasburqda AŞPA-nın yaz sessiyası çərçivəsində Gürcüstanın Baş naziri Bdzina İvanişvili və parlamentin üzvləri ilə görüşüb. Lent. az-ın məlumatına görə, görüşdə Q. Paşayeva bildirib ki, Azərbaycan-Gürcüstan münasibətləri sadəcə qonşuluq və dostluq münasibətləri deyil, bu, ən yüksək səviyyədə strateji müttəfiqlik münasibətləridir.

 

Millət vəkili baş nazirlə görüşdə Gürcüstanda yaşayan azərbaycanlıların problemlərinə də toxunub və onların həlli istiqamətində Gürcüstan baş naziri və yeni hökumətinin səyləri daha da artıracağına, onlara verilən vədlərin yerinə yetiriləcəyinə ümidvar olduğunu bildirib.

 

Bdzina İvanişvili bildirib ki, hər iki ölkənin parlament üzvlərinin, beynəlxalq təşkilatlardakı nümayəndə heyətlərinin birgə fəaliyyətinin daha da güclənməsi, birgə səylərin daha da artırılması vacibdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1427

Oxşar yazılar