Millət vəkili Qənirə Paşayeva AŞPA-da İordaniya Parlamentinin sədri Atef Taravnehlə görüşüb. Lent.az-ın məlumatına görə, görüş zamanı yüksək səviyyədə olan Azərbaycan-İordaniya münasibətlərinə toxunulub və iki ölkə parlamenti arasında əməkdaşlığın daha da genişlənməsinin önəmi xüsusi vurğulanıb.
Q. Paşayeva AŞPA-da İordaniyaya Demokratiya üzrə tərəfdaş statusunun verilməsi ilə bağlı müzakirələrin çox müsbət keçməsi münasibəti ilə İordaniya Parlamentinin sədrini və nümayəndə heyətini təbrik edib, A. Taravnehə Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqları və məcburi köçkünlərimizlə də bağlı məlumatlar verib.
Bundan sonra İordaniyanın AŞPA-dakı təmsilçilərindən hər zaman bu məsələlərlə bağlı mövzuların müzakirəsi zamanı aktiv dəstək gözlədiyimizi qeyd edib.
Bütün beynəlxalq təşkilatlarda ölkələrimizlə bağlı önəmli məsələlərdə qarşılıqlı dəstəyin vacibliyi də diqqət mərkəzində olub və İordaniya Parlamentinin spikeri hər zaman dost Azərbaycanla əməkdaşlığın daha da inkişafına hazırıq deyib.