Mayın 25-də Böyük Quruluş Partiyası (BQP) Şəhidlər Xiyabanında Türk əsgərinin şərəfinə qoyulmuş abidəni ziyarət edəcək.
Bu barədə APA-ya məlumat verən BQP başqanı, millət vəkili Fazil Mustafa bildirib ki, 95 il əvvəl - 25 may 1918-ci ildə Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusu Gəncəyə daxil olub.
Onun sözlərinə görə, 95 il öncə Azərbaycanı xilas missiyası buradan başlayıb: “Həmin gün Şəhidlər Xiyabanında saat 11.00-da Türk əsgərinin şərəfinə qoyulmuş abidəni dostlarımızla ziyarət edib bu anlamlı tarixi bir daha yaşadacağıq. Ən azı Azərbaycan insanının qədirbilməz olduğunu söyləyənləri yanıltmaq, böyük qəhrəmanımıza sahib çıxmaq və ən başlıcası, üzərimizdə müqayisəyəgəlməz haqqı olan insandan və insanlardan halallıq almaq üçün hər kəsi bu ziyarətdə iştirak etməyə dəvət edirəm”.