Oktyabrın 9-da Azərbaycanda prezident seçkiləri keçiriləcək. Bəs prezidentliyə namizədlər hansı seçki məntəqələrində səs verəcəklər?
Lent.az-ın verdiyi məlumata görə, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi, hazırkı dövlət başçısı İlham Əliyev 29 saylı Səbail Seçki Dairəsinin Ş.Ələkbərova küçəsi 7. ünvanında yerləşən 6 saylı seçki məntəqəsində səs verəcək.
Milli Şuranın namizədi Cəmil Həsənli 17 saylı Yasamal üçüncü seçki dairəsinin B.Məcidov 45 A,2 saylı Tunel Tikinti İdarəsində yerləşən 6 saylı məntəqəsində, BAXCP sədri Qüdrət Həsənquluyev 16 saylı Yasamal ikinci seçki dairəsinin i.Qutqaşenli 114, 172 saylı orta məktəbin binasında yerləşən 20 saylı məntəqəsində, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu 23 saylı Nəsimi-Səbail seçki dairəsinin Səbail rayonu, Ü.Hacıbəyov küçəsi – 34, Azərbaycan Dövlət Pedoqoji Universitetində yerləşən 21 saylı məntəqəsində, öz təşəbbüsü ilə namizədliyini irəli sürən Zahid Orcu 23 saylı Nəsimi-Səbail seçki dairəsinin Nəsimi rayonu, Ü.Hacıbəyov küçəsi-49 ünvanında yerləşən Elitar Gimnaziyadakı 18 saylı məntəqəsində, Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev 23 saylı Nəsimi-Səbail seçki dairəsinin Səbail rayonu, S.Vurğun küçəsi-8, Sanitar Epidemioloji Stansiyada yerləşən 25 saylı məntəqəsində, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev 8 saylı Binəqədi birinci seçki dairəsinin 8-ci mikrorayon, 135 saylı orta məktəbin binasında yerləşən 31 saylı məntəqəsində, ASDR sədri Araz Əlizadə 8 saylı Binəqədi birinci seçki dairəsinin 6-cı mikrorayon, 246 saylı orta məktəbin binasında yerləşən 3 saylı məntəqəsində səs verəcək.
Ümid Partiyasının sədri İqbal Ağazadə 19 saylı Nərimanov birinci seçki dairəsindəki məntəqələrin birində səs verəcək. Ədalət Partiyasının sədri İlyas İsmayılov isə mətbuata açıqlamasında deyib ki, 9 oktyabrda səsvermədə iştirak etməyəcək, çünki özünə səs verməsi düzgün deyil, digər namizədlərə də səs verməyəcək.