Prezidentlərin görüşündə ikitərəfli münasibətlər müzakirə edildi
12 noyabr 2013 15:50 (UTC +04:00)

Prezidentlərin görüşündə ikitərəfli münasibətlər müzakirə edildi

Bu gün Azərbaycan və Türkiyə prezidentlərinin görüşü olub.

 

Noyabrın 12-də Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Abdullah Gülün görüşü olub. Lent.az-ın “AzərTAc”a istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycanla Türkiyə arasında strateji əməkdaşlığa əsaslanan dostluq və qardaşlıq münasibətlərinin siyasi, iqtisadi, energetika və bütün digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.

 

Azərbaycan prezidentinin Türkiyəyə rəsmi səfərinin əlaqələrimizin daha da möhkəmlənməsi işinə töhfə verəcəyi qeyd edilib. Söhbət zamanı Azərbaycan - Türkiyə ikitərəfli münasibətlərinin bundan sonra da daim inkişaf edəcəyinə əminlik ifadə olunub.
 

Görüşdən sonra prezidentlər mətbuata bəyanatlarla çıxışlar ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 547
avatar

Oxşar yazılar