Prezidentin ünvanına təbriklər gəlməkdə davam edir
21 oktyabr 2013 17:42 (UTC +04:00)

Prezidentin ünvanına təbriklər gəlməkdə davam edir

Rusiya Federasiyası prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy Azərbaycanın dövlət başçısı İlham Əliyevi təbrik edib. Lent.az-ın məlumatına görə, təbrik məktubunda deyilir: “Zati-aliləri, hörmətli İlham Heydər oğlu, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin. Seçkilərdə Sizin inamlı qələbəniz ölkənin sosial-iqtisadi rifahının möhkəmlənməsi və onun beynəlxalq aləmdə nüfuzunun artması işində xidmətlərinizin Azərbaycan xalqı tərəfindən bəyənildiyini əyani surətdə təsdiq edir.
Həyatın bütün sahələrində Azərbaycanın uğurları şəksizdir. Respublika beynəlxalq humanitar əməkdaşlıq sahəsində getdikcə daha böyük və nəzərəçarpacaq rol oynamaqla bərabər, özünəməxsus milli dəyərləri qoruyub saxlayır. Himayədarlıq etdiyiniz Bakı Humanitar Forumunun dünyanın hər yerindən qabaqcıl elm və mədəniyyət xadimlərinin qarşılıqlı əlaqə saxladıqları məkan kimi artmaqda olan əhəmiyyətini vurğulamaq xüsusilə xoşdur. İcazə verin, Sizə ən xoş arzularımı, vətəndaşlarınızın rifahı, habelə Azərbaycanın inkişafı və möhkəmlənməsi naminə ali dövləti vəzifənizdə yeni uğurlar dilədiyimi bildirim”.
 

Qeyd edək ki, prezident İlham Əliyevi həmçinin, Moskva Dövlət Linqvistika Universitetinin rektoru İrina Xaleyeva, Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Filip Kraven, Hindistan Respublikasının prezidenti Pranab Mukherci, bp şirkətinin icraçı direktoru Robert Dadli də təbrik ediblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 775
avatar

Oxşar yazılar