Prezidentin reyestr sahəsində informasiya sistemi haqqında fərmanı
02 noyabr 2013 00:26 (UTC +04:00)

Prezidentin reyestr sahəsində informasiya sistemi haqqında fərmanı

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında Ünvan Reyestrinin fəaliyyətini təmin edən informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə fərman imzalayıb.

 

Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, sənəddə deyilir:

 

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Ünvan Reyestrinin məlumat bazasının elektron idarə edilməsini, digər dövlət orqanlarının informasiya sistemləri ilə inteqrasiyasını təmin etmək məqsədi ilə, "Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 10 fevral tarixli 590 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
 

1. “Azərbaycan Respublikasında Ünvan Reyestrinin fəaliyyətini təmin edən informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
 

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
 

2.1. iki ay müddətində Azərbaycan Respublikasında Ünvan Reyestrinin fəaliyyətini təmin edən informasiya sisteminə məlumatların daxil edilməsi və həmin məlumatlardan istifadə mexanizmi barədə texniki reqlamenti təsdiq etsin;
 

2.2. iki ay müddətində Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
 

2.3. iki ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
 

2.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
 

2.5. Azərbaycan Respublikasında Ünvan Reyestrinin fəaliyyətini təmin edən informasiya sisteminin təşkili və saxlanılması ilə bağlı maliyyə məsələlərini həll etsin;
 

2.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
 

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
 

4. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Azərbaycan Respublikasında Ünvan Reyestrinin fəaliyyətini təmin edən informasiya sisteminin fəaliyyətinin təşkili və ondan səmərəli istifadənin təmin edilməsi üçün zəruri tədbirlər görsün”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 860
avatar

Oxşar yazılar