Prezident İlham Əliyev Çarlz Henrini qəbul edib
04 iyun 2013 18:36 (UTC +04:00)

Prezident İlham Əliyev Çarlz Henrini qəbul edib

Prezident İlham Əliyev iyunun 4-də Böyük Britaniya Parlamentinin üzvü, baş nazirin Azərbaycan, Qazaxıstan və Türkmənistan ölkələrində ticarət məsələləri üzrə elçisi Çarlz Hendrini və nümayəndə heyətini qəbul edib.

 

Lent.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, Böyük Britaniyanın baş naziri Devid Kemeronun neft-qaz konfransına ünvanladığı müraciətə görə təşəkkürünü bildirən prezident İlham Əliyev müraciətdə ölkələrimiz arasında güclü tərəfdaşlıq əlaqələrinin və eləcə də bp-nin Azərbaycandakı uzunmüddətli uğurlu fəaliyyətinin əks edilməsinin önəmini vurğulayıb.

 

Devid Kemeron ilə ötən il Londonda görüşünü və enerji sektorunda əməkdaşlığa dair aparılan müzakirələri məmnunluqla xatırlayan dövlət başçısı bu sahədə əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə ümidvar olduğunu bildirib. Prezident İlham Əliyev Çarlz Hendrinin ölkəmizə səfərinin ikitərəfli münasibətlərimizin gələcək inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparmaq üçün yaxşı imkan yaratdığını söyləyib.
Çarlz Hendri Böyük Britaniya hökumətinin Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu nəzərə çatdırıb. Çarlz Hendri Azərbaycan qazının Avropaya nəqli baxımından 2013-cü ilin mühüm il olduğunu vurğulayıb.


Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin iqtisadi-ticari, enerji və digər sahələrdə daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 420
avatar

Oxşar yazılar