Prezident Yunanıstanın baş naziri ilə görüşüb
19 may 2013 23:32 (UTC +04:00)

Prezident Yunanıstanın baş naziri ilə görüşüb

Prezident İlham Əliyev Azərbaycanda işgüzar səfərdə olan Yunanıstanın baş naziri Antonis Samarasla görüşüb.

 

APA-nın xəbərinə görə, görüşdə Azərbaycanla Yunanıstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.

 

İki ölkə arasında enerji sahəsindəki əməkdaşlığın daha da genişləndirilməsi üçün perspektivlərin olduğu bildirilib.

 

Görüşdə həmçinin ikitərəfli münasibətlərin inkişafının Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr baxımından önəmli olduğu qeyd olunub və qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 508
avatar

Oxşar yazılar