Prezident yəhudi icmasına təbrik məktubu göndərib
03 sentyabr 2013 18:57 (UTC +04:00)

Prezident yəhudi icmasına təbrik məktubu göndərib

Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını yəhudilərin milli bayramı - Roş-Ha-Şana münasibətilə təbrik edib. Lent.az-ın məlumatına görə, təbrik məktubunda sivilizasiyaların qovşağında yerləşən Azərbaycanın etnik-mədəni müxtəlifliyin, multikulturalist ənənələrin qorunub saxlandığı, ayrı-ayrı dinlər və mədəniyyətlər arasında qarşılıqlı hörmət və etimad şəraitinin mövcud olduğu nadir məkanlardan olması qeyd olunub: “Xalqlararası ənənəvi dostluq və qardaşlıq münasibətlərinin, vətəndaş həmrəyliyinin, nümunəvi tolerantlıq mühitinin hökm sürdüyü Azərbaycan cəmiyyətində yəhudi icmasının özünəməxsus yeri vardır. Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, yəhudi əsilli vətəndaşlarımız hazırda böyük inkişaf və tərəqqi mərhələsini yaşayan ölkəmizin ictimai-siyasi və mədəni həyatında yaxından iştirak edir, hüquqi dövlət quruculuğu prosesində fəal mövqe nümayiş etdirirlər”.

 

Prezident yeniliyin, mənəvi saflığın, xeyirxahlıq və həmrəylik duyğularının rəmzi olan Roş-Ha-Şana münasibətilə yəhudi icmasının hər bir üzvünü təbrik edib, ailələrinə xoşbəxtlik, süfrələrinə xeyir-bərəkət arzulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 392
avatar

Oxşar yazılar