Prezident Ukrayna parlamentini sədri ilə görüşüb
18 noyabr 2013 19:41 (UTC +04:00)

Prezident Ukrayna parlamentini sədri ilə görüşüb

Prezident İlham Əliyev noyabrın 18-də Ukrayna parlamentinin binasında Ali Radanın sədri Vladimir Rıbak ilə görüşüb.

 

Lent.az-ın məlumatına görə, görüşdə ölkələr arasında siyasi, iqtisadi və digər sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib.

 

Söhbət zamanı parlamentlərarası əməkdaşlığın, dostluq qruplarının əlaqələrin inkişafındakı rolu vurğulanıb.

 

Azərbaycanla Ukraynanın beynəlxalq təşkilatlarda, o cümlədən beynəlxalq parlament qurumlarında birgə uğurlu əməkdaşlığının həyata keçirilməsindən məmnunluğun ifadə edildiyi görüşdə əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik bildirilib.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 587
avatar

Oxşar yazılar