Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Abdullah Gülə başsağlığı məktubu göndərib. APA-nın məlumatına görə, məktubda deyilir: “Hatay vilayətinin Reyhanlı şəhərində törədilmiş amansız terror aktları nəticəsində çoxlu sayda insanların həlak olması və yaralanması xəbəri bizi olduqca kədərləndirdi.
Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyir, terrorizmə qarşı ən kəskin şəkildə mübarizəni labüd hesab edirik.
Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram”.
Azərbaycan prezidenti Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana da başsağlığı verib.
Prezident Türkiyənin prezident və baş nazirinə başsağlığı verdi
788