Bu il oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkilərində “exit-poll”u ABŞ-ın Arthur J. Finkelstein & Associates (AJF) şirkəti həyata keçirəcək.
APA-nın xəbərinə görə, şirkəti Azərbaycana media tərəfdaşı olan “APA Holdinq” dəvət edib. Bununla bağlı tərəflər arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləni “APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı və AJF-nin icraçı direktoru Barbara Fiala imzalayıblar.
Müqaviləyə əsasən, AJF seçki günü APA İnformasiya Agentliyinin sifarişi və tərəfdaşlığı ilə “exit-poll” keçirəcək, həmçinin seçki kampaniyası dövründə sorğular edəcək, zəruri məsləhətlər verəcək.
Qeyd edək ki, AJF ABŞ-da fəaliyyət göstərən nüfuzlu şirkətdir. Bu şirkət “exit-poll”, rəy sorğuları, analiz, media strategiyası və imic məsləhətləri kimi xidmətlər göstərir.
Şirkət nümayəndələri 40 il ərzində ABŞ, Kanada, İsrail və Şərqi Avropada müxtəlif siyasi kampaniyalarda məsləhətçilik edib, sorğular keçirib, strategiyalar hazırlayıblar.