Prezident Rusiya Dövlət Dumasının beynəlxalq əlaqələr komitəsinin sədrini qəbul edib
03 iyun 2013 16:09 (UTC +04:00)

Prezident Rusiya Dövlət Dumasının beynəlxalq əlaqələr komitəsinin sədrini qəbul edib

Bu gün prezident İlham Əliyev Rusiya Federasiyası Dövlət Dumasının beynəlxalq əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Rusiya nümayəndə heyətinin rəhbəri Aleksey Puşkovu qəbul edib.

 

Lent.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, parlamentlərarası əlaqələrin münasibətlərimizin daha da möhkəmləndirilməsi işinə verdiyi töhfənin əhəmiyyəti qeyd olunub.

 

Söhbət zamanı ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən Avropa Şurası Parlament Assambleyasında fəal əməkdaşlıq etdiyi qeyd olunaraq bu qurumda qarşılıqlı dəstəyin verilməsi yüksək qiymətləndirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 565
avatar

Oxşar yazılar