Azərbaycan prezidenti İlham Əliyev Avstriyaya rəsmi səfərə gedəcək. APA-nın Avstriya prezidentinin rəsmi saytına istinadən yaydığı məlumata görə, dövlət başçısının Vyanaya səfəri mayın 13-də başlayacaq. Prezident İlham Əliyev həmin gün avstriyalı həmkarı Xaynts Fişerlə görüşəcək, Avstriya İqtisadiyyat Palatasında Avstriya-Azərbaycan biznes forumunun açılış mərasimində iştirak edəcək. Səfər mayın 14-də başa çatacaq.