Prezident İlham Əliyev İordaniya kralı II Abdullah ibn əl-Hüseyni İordaniyanın milli bayramı – Müstəqillik günü münasibətilə təbrik edib.
APA-nın xəbərinə görə, prezident təbrik məktubunda Azərbaycan-İordaniya dostluğu və əməkdaşlığının xoş ənənələrini daim yaşatmaq və inkişaf etdirmək üçün birgə səylərin bundan sonra da ardıcıl şəkildə davam etdiriləcəyinə əminliyini bildirib.