Bu gündən etibarən Prezident İlham Əliyevin facebook səhifəsində müxtəlif sahələr üzrə məsul şəxslərin iştirakı ilə vətəndaşları maraqlandıran məsələlərlə bağlı verilən suallar cavablandırılacaq. Lent.az-ın məlumatına görə, bu barədə prezident İlham Əliyevin rəsmi facebook səhifəsində xəbər yerləşdirilib.
Rəsmi facebook səhifəsində (www.facebook.com/PresidentIlhamAliyev) yerləşdirilən məlumatda deyilir: “2013-cü il Azərbaycanda İnformasiya Texnologiyaları ili olduğunu nəzərə alaraq ilk mövzunu bu sahəyə həsr edirik. Suallarınızı bu statusa şərhlər (comment) vasitəsi ilə bizə ünvanlaya bilərsiniz. Nəzərinizə çatdırırıq ki, suallar 6-10 iyun 2013-cü il tarixləri ərzində qəbul ediləcək və hamısı tədricən cavablandırılacaq. Eyni məzmunlu sualların təkrarlanmasına yol verməmək məqsədi ilə, sual verməmişdən öncə sizdən öncə verilən sualları nəzərdən keçirin. Bununla bərabər şərhlər vasitəsi ilə sizi maraqlandıran mövzuları və ya sahələri təklif edə bilərsiniz ki, biz növbəti mövzu seçimimizdə sizin istəklərinizi nəzərə alaq”.