Prezident İlham Əliyev Çin Xalq Respublikasının sədri Si Cinpinə başsağlığı teleqramı göndərib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, dövlət başçısının başsağlığında deyilir: “Sıçuan vilayətində baş vermiş zəlzələnin doğurduğu ağır nəticələr barədə xəbər bizi son dərəcə sarsıdıb.
Bu faciə ilə əlaqədar kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Çin xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram”.