Mayın 16-da Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Şamaxı rayonuna səfərə gedib. Lent. azın məlumatına görə, dövlət başçısı əvvəlcə Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Azərbaycan prezidentinə Heydər Əliyev Parkında yaradılan şərait barədə məlumat verilib.
Bildirilib ki, parkda sakinlərin istirahəti üçün hərtərəfli şərait yaradılıb, geniş yaşıllıq zolaqları salınıb və uşaq-əyləncə guşələri qurulub.