Prezident İlham Əliyev Obamaya başsağlığı verib
16 aprel 2013 16:04 (UTC +04:00)

Prezident İlham Əliyev Obamaya başsağlığı verib

Dövlət başçısı İlham Əliyev Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obamaya başsağlığı verib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, dövlət başçısının başsağlığında deyilir: “Hörmətli cənab prezident, Boston şəhərində törədilmiş partlayışlar nəticəsində insanların həlak olması və xəsarət alması barədə xəbər məni son dərəcə kədərləndirib. Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 983
avatar

Oxşar yazılar