Prezident İlham Əliyev keniyalı həmkarına başsağlığı verdi
25 sentyabr 2013 18:57 (UTC +04:00)

Prezident İlham Əliyev keniyalı həmkarına başsağlığı verdi

Prezident İlham Əliyev Keniya prezidenti Uhuru Keniattaya başsağlığı verib.

 

Lent.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, prezident İlham Əliyev Nayrobi şəhərindəki ticarət mərkəzində törədilmiş terror aktı nəticəsində çox sayda insanın həlak olması və yaralanması xəbərindən kədərləndiyini bildirib.

 

Dövlət başçısı vurğulayıb ki,  bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmə qarşı mübarizəni qətiyyətlə dəstəkləyirik: “Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Keniya xalqına Azərbaycan xalqı adından və öz adımdan dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 472
avatar

Oxşar yazılar