Prezident İlham Əliyev Özbəkistan prezidenti İslam Kərimovu bu ölkənin milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik edib. Lent.az-ın məlumatına görə, təbrikdə Azərbaycan-Özbəkistan dövlətlərarası münasibətlərinin yüksək səviyyədə olması, ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın durmadan genişlənməsi, dostluq əlaqələrinin möhkəmlənməsi vurğulanır: “Əminəm ki, Azərbaycan ilə Özbəkistan arasında qarşılıqlı əlaqələrin və əməkdaşlığın daha da inkişaf etdirilməsinə yönəlmiş birgə səylərimiz bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcək”.
Dövlət başçısı həmçinin, Slovakiya Respublikasının milli bayramı - Konstitusiya günü və Vyetnamın milli bayramı – Müstəqillik günü ilə əlaqədar adıçəkilən ölkələrin də başçılarına təbrik məktubları göndərib.