Prezident İlham Əliyev bp Şirkətinin prezidentini qəbul edib
02 may 2013 15:18 (UTC +04:00)

Prezident İlham Əliyev bp Şirkətinin prezidentini qəbul edib

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev mayın 2-də bp Şirkətinin prezidenti Robert Dadlini qəbul edib. Lent.az-ın məlumatına görə, görüşdə Azərbaycanla bp Şirkəti arasında uzunmüddətli uğurlu əməkdaşlığın mövcud olduğu bildirilərək əməkdaşlığımızın strateji xarakter daşımasından məmnunluq ifadə edilib. bp Şirkətinin prezidenti “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda görülən işlər dövlət başçısına məlumat verib.
Söhbət zamanı “Şahdəniz” yatağında işlərin uğurla həyata keçirildiyi vurğulanıb, əməkdaşlığımızın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Qeyd edək ki, prezident İlham Əliyev bu gün həmçinin, Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri İkramullah Məhsudun etimadnaməsini qəbul edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1155
avatar

Oxşar yazılar