Respublikasının prezidenti İlham Əliyev bu gün bır sıra görüşlər keçirib. Lent.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, ölkə başçısı Moldovanın keçmiş prezidenti Petru Luçinskini, Bolqarıstan keçmiş Prezidenti Petar Stoyanovu, Finlandiyanın keçmiş prezidenti xanım Tarya Haloneni, İsrailin keçmiş baş naziri Ehud Barakı, Xorvatiyanın keçmiş prezidenti Stepan Mesiçi, Serbiyanın keçmiş prezidenti Boris Tadiçi qəbul edib.
Görüşlərdə ölkələr arasındakı ikitərəfli münasibətlər müzakirə edilib və Bakıda keçiriləcək II Qlobal Açıq Cəmiyyətlər Forumunun beynəlxalq əməkdaşlığın genişləndirilməsinə öz töhfəsini verəcəyinə əminlik ifadə olunub.