Prezident İlham Əliyev ABŞ prezidenti Barak Obamaya başsağlığı məktubu göndərib. Lent. az-ın AzerTAC-a istinadən verdiyi məlumata görə, məktubda bildirilir: “Hörmətli cənab Prezident, Oklahoma ştatında baş vermiş təbii fəlakət – tornado nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. Bu ağır anları Sizinlə bölüşür, yaralananların və xəsarət alanların tezliklə sağalacağına, dağıntıların aradan qaldırılacağına ümidlərimi ifadə edirəm”.
Qeyd edək ki, Oklahoma şəhərində baş verən tornado qasırğası nəticəsində 100 nəfərədək insan həlak olub.