Prezident İlham Əliyev Barak Obamaya başsağlığı verib
18 aprel 2013 19:34 (UTC +04:00)

Prezident İlham Əliyev Barak Obamaya başsağlığı verib

0

 

Azərbaycan prezidenti İlham Əliyev ABŞ prezidenti Barak Obamaya başsağlığı verib.


APA-nın məlumatına görə, başsağlığında deyilir: “Hörmətli cənab Prezident, Texas ştatındakı mineral gübrə istehsalı zavodunda baş vermiş partlayış nəticəsində insanların həlak olması və xəsarət alması, eləcə də dağıntılar barədə xəbər məni son dərəcə sarsıtdı.

 

Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 593

Oxşar yazılar