Prezident İlham Əliyev almaniyalı həmkarı Yoaxim Qauka təbrik məktubu göndərib. Lent.az-ın məlumatına görə, təbrikdə deyilir: “Almaniya Federativ Respublikasının milli bayramı – Alman Birliyi Günü münasibətilə sizi və bütün xalqınızı Azərbaycan xalqı adından və öz adımdan ürəkdən təbrik edirəm. Bu gün Azərbaycan-Almaniya münasibətləri hərtərəfli inkişaf yolundadır. Ölkələrimizi birləşdirən dostluq əlaqələri siyasi, iqtisadi və humanitar sahələrdə səmərəli əməkdaşlığımız üçün möhkəm zəmin yaradıb. İnanıram ki, ikitərəfli qaydada əməkdaşlığımızı, eləcə də Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində birgə işimizi bundan sonra da davam etdirəcəyik”.
Prezident İlham Əliyev almaniyalı həmkarını təbrik edib
490