Prezident İlham Əliyev: “Azərbaycanla ABŞ həqiqi və etibarlı dost ölkələrdir”
29 may 2013 18:45 (UTC +04:00)

Prezident İlham Əliyev: “Azərbaycanla ABŞ həqiqi və etibarlı dost ölkələrdir”

Mayın 29-da Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin adından bir qrup ABŞ konqresmeninin şərəfinə işçi lanç verilib. Lent.az-ın məlumatına görə, dövlət başçısı ölkələrimiz arasında dostluq münasibətlərinin uğurla davam edəcəyinə əminliyini ifadə edib. Azərbaycanla ABŞ arasında tərəfdaşlıq əlaqələrinin böyük tarixi ənənələrə malik olduğunu vurğulayan prezident İlham Əliyev ölkələrimiz arasında daha sıx əməkdaşlığın qurulmasına qarşılıqlı marağın olduğunu qeyd edib. Azərbaycan-ABŞ tərəfdaşlığının artıq sınaq dövründən çıxdığını deyən dövlət başçısı ölkələrimizin həqiqi və etibarlı dostlar olduğunu vurğulayıb. Prezident İlham Əliyev müxtəlif sahələrdə, o cümlədən qanunverici və icraedici orqanlar arasında əlaqələrin ikitərəfli münasibətlərimizin daha da möhkəmləndirilməsi işinə təkan verəcəyinə ümidvar olduğunu bildirib.
ABŞ senatoru Riçard Luqar yüksək qonaqpərvərliyə və “Gələcəyə baxış” Azərbaycan-ABŞ Forumunda əhatəli çıxışına görə dövlət başçısına minnətdarlığını bildirib. “Gələcəyə baxış” Azərbaycan-ABŞ Forumunun əlaqələrimizin daha da inkişaf etdirilməsi baxımından yeni bir təcrübə olduğunu vurğulayan qonaq ABŞ-Azərbaycan dostluğunun daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 449
avatar

Oxşar yazılar