Prezident Hacıqabulda
15 aprel 2013 22:49 (UTC +04:00)

Prezident Hacıqabulda

0

 

Azərbaycan prezidenti İlham Əliyev aprelin 15-də Hacıqabul rayonunda səfərdə olub.APA-nın məlumatına görə, dövlət başçısı əvvəlcə Hacıqabul şəhərində Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyub.


Sonra prezident yenidən qurulan Heydər Əliyev Mərkəzi ilə tanış olub.

 


Sonra dövlət başçısı İ. Əliyev Hacıqabulun mərkəzindəki Heydər Əliyev parkını gəzib.

 


Səfər çərçivəsində prezident İ. Əliyev rayonun Rəncbər-Qubalı Baloğlan-“Pir Hüseyn” Xanəgahı avtomobil yolunun açılışında iştirak edib. Dövlət başçısına yolun parametrləri, respublika əhəmiyyətli digər yollarda aparılan işlər, Hacıqabul-Paşalı-Tağılı avtomobil yolu barədə məlumat verilib.

 


Prezident kənd sakinləri ilə görüşüb. Təzə çəkilən yolun əhəmiyyətindən danışan dövlət başçısı yolların hər bir yaşayış məntəqəsi üçün önəmini vurğulayıb.

 


Sonra prezident İ. Əliyev Kür-Bakı su kəmərindən Hacıqabul şəhərinə içməli suyun gətirilməsi mərasimində iştirak edib.

 


Dövlət başçısı Hacıqabul şəhərinin su təchizatı planı və Şirvan-Muğan su kəmərinin texniki göstəricilərini əks etdirən stendlərə baxıb.
 

 

Prezident şəhərə içməli suyun verilməsini bildirən düyməni basıb.

 


Dövlət başçısı Hacıqabul rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

 


Azərbaycan prezidenti Hacıqabula səfəri çərçivəsində Daxili Qoşunların “N” saylı hərbi hissəsində aparılan yenidənqurma işləri ilə tanış olub. Dövlət başçısı hərbi şəhərciyin ərazisini gəzib, yenidən qurulan 70 mənzilli zabit yataqxanasına baxıb.

 


Daha sonra prezident İ. Əliyev Hacıqabulda Gilan Seramik Parkında seramik plitələr istehsalı zavodunun açılışında da iştirak edib.


Müəssisə ilə tanış olan dövlət başçısına Gilan Seramik Parkında inşa ediləcək daha bir istehsal sahəsi - yeni keramaqranit zavodu barədə məlumat verilib.

 


Dövlət başçısı gilizi zavodun təməlinə buraxıb, beton qarışığı tökən qurğunu işə salıb.

 


Prezident daha sonra müəssisədə yaradılmış sərgi salonu ilə tanış olbu. Salonda zavodda istehsal olunan və olunacaq məmulatların nümunələri nümayiş etdirilir.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1752

Oxşar yazılar