Prezident Gədəbəydədir - YENİLƏNİB
10 sentyabr 2013 19:12 (UTC +04:00)

Prezident Gədəbəydədir - YENİLƏNİB

 

Prezident İlham Əliyev Gədəbəy rayonuna səfərə gəlib.

 

Lent.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, dövlət başçısı Heydər Əliyevin Gədəbəy şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.


Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yedigarov Azərbaycan prezidentinə abidənin yerləşdiyi parkda aparılan abadlıq işləri barədə məlumat verib.

Prezident Gədəbəydə Çolpan çayı üzərindəki körpünün açılışında iştirak edib. Dövlət başçısı körpünün yerləşdiyi avtomobil yolunun sxematik planı ilə tanış olub.


Nəqliyyat naziri Ziya Məmmədov məlumat verib ki, körpü Gədəbəy şəhərinin girişində, Şəmkir-Gədəbəy magistral avtomobil yolunun 42-ci kilometrliyində yerləşir. Çolpan çayı üzərində 1988-ci ildə tikilən üçaşırımlı, 60 metr uzunluğunda olan körpü uzunmüddətli istismardan və təbii aşınmalardan sonra qəzalı vəziyyətə düşüb. Gədəbəy şəhərinə giriş üçün alternativ yol olmadığından yeni körpünün tikilməsinə zərurət yaranıb.  Körpünün tikintisi 2012-ci ilin noyabrında başlayıb, bu ilin sentyabrında başa çatıb. Yenidən qurulan körpü əhalinin gediş-gəlişini xeyli asanlaşdıracaq. Körpünün uzunluğu 95 metr, eni isə 14 metrdir. Dördaşırımlı körpü Gədəbəy şəhərinin kəndlərlə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin rayonun iqtisadiyyatının və turizmin inkişafında mühüm rol oynayacaq.


Prezident Gədəbəydə aparılan abadlıq-quruculuq işlərindən bəhs edən videoçarxa baxıb. Qeyd edilib ki, körpü ilə yanaşı, Gədəbəy-Novosaratovka-Qaravəlilər avtomobil yolu da yenidən qurulub. Yoldakı hərəkət zolaqlarının eni 11,5, piyadalar üçün nəzərdə tutulmuş səkilərin eni 2,5 metrdir. Birinci mərhələdə yolun Gədəbəy-Novosaratovka hissəsi yenidən qurulub. Yeni yol yatağı tikilərək üzərinə asfalt-beton örtük salınıb. Sel sularının təsirindən uçmuş yol kənarları bərpa edilib. Yolun bu hissəsinin uzunluğu 27 kilometrdir. İki hərəkət zolaqlı yolun eni 7 metrdir. Hazırda yolun bu hissəsində tikinti işləri tamamlanıb. İkinci mərhələdə yolun Novosaratovka-Qaravəlilər hissəsi çəkiləcək. Bu hissənin uzunluğu 29 kilometrdir. Layihəyə uyğun olaraq, 10 metr enində torpaq yatağının üzərində eni 6 metr olan ikizolaqlı yol tikiləcək. Bundan əlavə, bəzi hissələrdə beton suaxıdıcı novların, yol çiyinlərinin, bəzi hissələrdə isə metal sədlərin tikilməsi nəzərdə tutulub. Yolun bu hissəsində hazırda tikinti işləri davam etdirilir. Hər iki layihə “Gəncəkörpütikinti-2” ASC tərəfindən uğurla icra olunub.


Dövlət başçısı görülmüş işləri yüksək qiymətləndirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 778
avatar

Oxşar yazılar