Noyabrın 12-də prezident İlham Əliyev Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşüb.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, görüşdə Azərbaycan ilə Türkiyə arasında digər sahələr kimi, siyasi sahədə də əlaqələrin yüksək səviyyədə olduğu qeyd edilib, beynəlxalq təşkilatlar çərçivəsində birgə əməkdaşlığın önəmi vurğulanıb. Ölkələrimiz arasındakı əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.