Prezident Əfqanıstanın xarici işlər nazirini qəbul edib
30 may 2013 20:11 (UTC +04:00)

Prezident Əfqanıstanın xarici işlər nazirini qəbul edib

 Bu gün prezident İlham Əliyev Əfqanıstanın xarici işlər naziri Zalmai Rassulun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

APA-nın xəbərinə görə, xarici işlər naziri Zalmai Rassul Əfqanıstan prezidenti Həmid Kərzainin salamlarını dövlətimizin başçısına çatdırıb.

 

Görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub, Azərbaycanın Əfqanıstanla bağlı müxtəlif beynəlxalq humanitar proseslərdə iştirakının əhəmiyyəti qeyd edilib, ölkələrimizin müxtəlif istiqamətlərdə, o cümlədən təhsil, səhiyyə və digər sahələrdə əməkdaşlığının bundan sonra da davam etdiriləcəyinə əminlik bildirilib.


Dövlət başçısı prezident Həmid Kərzainin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Əfqanıstanın dövlət başçısına çatdırmağı xahiş edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 311
avatar

Oxşar yazılar