Prezident Braziliya-Azərbaycan dostluq qrupunun sədrini qəbul edib
29 oktyabr 2013 13:57 (UTC +04:00)

Prezident Braziliya-Azərbaycan dostluq qrupunun sədrini qəbul edib

 

Prezident İlham Əliyev oktyabrın 29-da Braziliya-Azərbaycan dostluq qrupunun sədri, Deputatlar Palatasının müvəkkili Klaudio Kajadonu qəbul edib. Lent.az-ın məlumatına görə, yenidən prezident seçilməsi münasibətilə dövlət başçısını təbrik edən K. Kajado oktyabrın 9-da Azərbaycan xalqının müdrik seçim etdiyini vurğulayıb. Braziliyalı qonaq iştirak edəcəkləri III Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətini qeyd edib. Nümayəndə heyəti ilə ölkəmizə səfər etdiyini deyən K. Kajado yeni yaradılan Braziliya-Azərbaycan dostluq qrupunun fəaliyyətinin ölkələrimiz arasında ikitərəfli əlaqələrin genişləndirilməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
 

Dövlət başçısı Azərbaycanla Braziliya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayıb. Siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu qeyd edən prezident İlham Əliyev bu yaxınlarda Braziliyanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini təqdim etməsinin əhəmiyyətini qeyd edib. Dövlət başçısı ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün də böyük imkanların olduğunu deyib. Prezident İlham Əliyev Braziliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun yaradılmasını ölkələrimiz arasında əməkdaşlığın yaxşı göstəricisi kimi dəyərləndirib. III Bakı Beynəlxalq Humanitar Forumunun önəmini vurğulayan prezident İlham Əliyev Forum çərçivəsində keçiriləcək görüşlərin ölkələrarası əməkdaşlığın daha da genişləndirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 629
avatar

Oxşar yazılar