Prezident Beynəlxalq Şahmat Federasiyasının prezidentini qəbul edib
16 sentyabr 2013 16:47 (UTC +04:00)

Prezident Beynəlxalq Şahmat Federasiyasının prezidentini qəbul edib

Kirsan İlümjinov  Şəhriyar Məmmədyarovun qalib gəlməsindən danışıb

 

 

Prezident İlham Əliyev Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlümjinovu qəbul edib.

 

Lent.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, “Məktəbdə şahmat” proqramının Azərbaycanda fəal şəkildə tətbiq olunmasının əhəmiyyətinə toxunan Kirsan İlümjinov 2009-cu ildə Prezident İlham Əliyevin fərmanı ilə ölkəmizdə şahmatın inkişafına dair Dövlət Proqramının təsdiq olunmasının önəmini qeyd edib.

 

Kirsan İlümjinov Azərbaycanda şahmatın inkişafına göstərilən dövlət qayğısını yüksək qiymətləndirib. Beynəlxalq Şahmat Federasiyasının prezidenti Rusiya Federasiyasının Xantı-Mansiysk vilayətində ilk dəfə keçirilən sürətli şahmat üzrə dünya çempionatında Şəhriyar Məmmədyarovun qalib gəlməsini ölkəmizdə şahmatın inkişafının yaxşı göstəricisi kimi dəyərləndirib.
 

Dövlət başçısı “Məktəbdə şahmat” proqramının Azərbaycanda ardıcıl olaraq davam etdiriləcəyinə əminliyini ifadə edib. Ölkəmizdə şahmatın uğurla inkişaf etdiyini vurğulayan prezident İlham Əliyev Azərbaycanın bütün şəhərlərində şahmat məktəblərinin bərpa edildiyini nəzərə çatdırıb. Ölkəmizdə “Baku Open-2013” Beynəlxalq Şahmat Festivalına hazırlıq işlərinin görüldüyünü deyən dövlət başçısı Azərbaycanın təşəbbüslərinə göstərdiyi dəstəyə görə Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlümjinova təşəkkürünü bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 386
avatar

Oxşar yazılar