Azərbaycan prezidenti İlham Əliyev mayın 12-də Avstriyaya rəsmi səfərə yola düşüb.
APA-nın məlumatına görə, dövlət başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar.