Prezident İlham Əliyev sentyabrın 3-də İtaliya Respublikasının ölkəmizdəki səfiri Ciampaolo Kutillonun etimadnaməsini qəbul edib. Lent.az-ın məlumatına görə, diplomat etimadnaməsini prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib. Dövlət başçısı Azərbaycan ilə İtaliya arasında ikitərəfli əlaqələrin uğurla inkişaf edərək tərəfdaşlıq səviyyəsinə qalxdığını vurğulayıb.
Səfir Azərbaycanda gedən sürətli inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib. O, öz növbəsində İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın Azərbaycana tarixi səfərinin əhəmiyyətinə toxunub. Görüşdə Avropa İttifaqı çərçivəsində Azərbaycan ilə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.