Prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortu qəbul edib. Lent.az-ın məlumatına görə, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefort yenidən prezident seçilməsi münasibətilə dövlət başçısını təbrik edib.
Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.