Prezident Avropa İttifaqının ölkəmizdəki nümayəndəsini qəbul edib
06 iyun 2013 16:06 (UTC +04:00)

Prezident Avropa İttifaqının ölkəmizdəki nümayəndəsini qəbul edib

Prezident İlham Əliyev iyunun 6-da Avropa İttifaqının ölkəmizdəki nümayəndəsi Roland Kobianı fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib. Lent.az-ın məlumatına görə, görüşdə ölkəmizlə Avropa İttifaqı arasında əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb, tərəfdaşlıq əlaqələrinin gücləndirilməsində həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmi qeyd olunub.

Roland Kobianın əməkdaşlığımızın möhkəmləndirilməsi işinə verdiyi töhfə yüksək qiymətləndirilib, əlaqələrimizin bundan sonra da genişləndiriləcəyinə əminlik ifadə olunub.

 

Qeyd edək ki, bu gün dövlət başçısı həmçinin, Almaniyanın keçmiş xarici işlər naziri Hans-Ditrix Genşeri də qəbul edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 367
avatar

Oxşar yazılar