Sentyabrın 11-də prezident İlham Əliyev Azərbaycanda prezident seçkilərinin müşahidəsi üzrə Robert Uolterin başçılıq etdiyi Avropa Şurası Parlament Assambleyasının Xüsusi Komitəsinin Seçkiqabağı Missiyasının üzvlərini qəbul edib.
Lent.az-ın məlumatına görə, görüşdə Azərbaycanla Avropa Şurası arasında əməkdaşlığın perspektivləri, ölkəmizdə prezident seçkilərinə hazırlıq və təbliğat kampaniyasının aparılması məsələləri müzakirə edilib.