Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Federal kansleri Angela Merkelə təbrik məktubu göndərib. Lent.az-ın məlumatına görə, prezidentin təbrik məktubunda deyilir: “Başçılıq etdiyiniz siyasi birliyin parlament seçkilərində inamlı qələbəsi münasibətilə Sizi ürəkdən təbrik edirəm. Bu qələbə həyata keçirdiyiniz siyasətin Almaniya cəmiyyəti tərəfindən dəstəklənməsinin, şəxsən Sizə bəslənən inam və etimadın təzahürüdür. Ümidvaram ki, Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasındakı dostluq münasibətlərinin daim möhkəmləndirilməsi, qarşılıqlı surətdə faydalı əməkdaşlığımızın daha da genişləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada birgə işimizin müvəffəqiyyətlə davam etdirilməsi üçün bundan sonra da birgə səylər göstərəcəyik”.
Prezident Angela Merkeli təbrik edib
658