Prezident Ilham Əliyev Rusiyanın Novqorod vilayətindəki psixonevroloji internatda yanğın nəticəsində insan tələfatı ilə bağlı rusiyalı həmkarı Vladimir Putinə başsağlığı verib. APA-nın məlumatına görə, məktubda deyilir:
“Hörmətli Vladimir Vladimiroviç,
Novqorod vilayətindəki psixonevroloji internatda yanğın nəticəsində insan tələfatı haqqında xəbər məni dərindən kədərləndirdi.
Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”.